13 C
Baku
Friday, April 19, 2024

Mərkəzi Bank uçot dərəcəsini azaltmaqda davam edəcək

Mərkəzi Bank hazırda 7.5% olan uçot faiz dərəcəsini bu il daha da aşağı sala bilər.

Banker.az xəbər verir ki, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti faizlərin aşağı salınmasını istədiyinə işarə edib:

Prezident İlham Əliyev: Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

Elman Rüstəmov: Son iki ildə.

Prezident İlham Əliyev: Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək.

Elman Rüstəmov: Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər.

Prezident İlham Əliyev: Bu da iqtisadiyyatın sağlamlaşdırılması deməkdir. Yəni, əsas indikatorlardan biridir.

Elman Rüstəmov: İqtisadiyyatın sağlamlaşdırılmasını, kreditlərin ucuzlaşmasını özündə əks etdirəcək.

İlham Əliyev: Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır.

Son xəbərlər
Digər xəbərlər