28 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank uçot dərəcəsini endirə bilər

Hollandiyanın “ING Bank”ı 2017-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 13% səviyyəsində proqnozlaşdırır.

“Cari il orta illik inflyasiyanı 13%-dək sürətlənəcək. 2018-ci ildə orta illik inflyasiyanın 7,2%-dək azalması gözlənilir”, – deyə İnterfaks.az-ın əldə etdiyi bankın proqnozlarında qeyd olunur.

2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanda orta illik inflyasiya 13,5% təşkil edib.

Proqnozlara əsasən, cari ildə Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini aşağı salmayacaq. “2018-ci ildə uçot dərəcəsi 15%-dən 12%-dək azalacaq”, – deyə bankın anlitikləri qeyd ediblər.

Azərbaycan hökuməti 2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.

2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,4% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər