Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 11-də banklar üçün 50 mln. manat cəlb etmək məqsədilə növbəti depozit hərracı keçirəcək.
“İyulun 11-də AMB növbəti depozit hərracı keçirəcək. Hərrac vasitəsilə 30 gün müddətinə 50 mln. manat məbləğində vəsait cəlb etmək planlaşdırılır”, – deyə bankdan bildiriblər.
Cəlb edilən vəsaitin faiz dərəcəsi 4,01%-6,99% arasında müəyyən olunub.
Xəbər verildiyi kimi, 2016-cı ilin iyun ayında AMB deposit hərraclarının keçirilməsinə başlayıb. Keçirilən iki hərracda bank bir ay müddətinə 179 mln. manat vəsait cəlb edib.