26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank: valyuta bazarında aparılan nağdsız əməliyyatların həcmi 6.7% azalıb

2020-ci il ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 6.7% azalaraq 25.9 mlrd. ABŞ dolları ekvivalentində olub.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankından bildirirlər.

Nağdsız valyuta əməliyyatlarının 86.5%-i ABŞ dollarında, 13.5%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 34.7%-i banklararası valyuta bazarında (BVB), 65.3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir. İl ərzində BVB-də əməliyyatların 99.5%-i ABŞ dollarında, 0.5%-i avroda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır. BDVB-də valyuta əməliyyatlarının həcmi 16.9 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 79.7%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 94.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 13.3% azalaraq 5.2 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 4.5 mlrd. dollarını və ya 86.7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Nağd xarici valyuta alqı-satqısıəməliyyatları əsasən I rübə təsadüf etmişdir.

Son xəbərlər
Digər xəbərlər