15 C
Baku
Friday, March 29, 2024

Mərkəzi Bank XÖHKS-in işini bu şirkətə həvalə edir

Azərbaycan Mərkəzi Bankı Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) texniki və standart proqram təminatı platformalarının dəstəklənməsi üzrə keçirdiyi tenderin qalibini açıqlayıb.

Banker.az-ın xəbərinə görə, AMB bununla bağlı Azərbaycanda IT şirkəti kimi tanınan “Sinam” MMC ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Mərkəzi Bank şirkətə 209 949 manat vəsait ödəməlidir.

Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən “KÜR” zavodunu təsis etmişdir

Son xəbərlər
Digər xəbərlər