25 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank yeni dizaynda pul nişanı buraxır

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.

Tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub

Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

1 qep

Son xəbərlər
Digər xəbərlər