15 C
Baku
Tuesday, April 23, 2024

Mərkəzi Bank yubiley və xatirə pul nişanları barədə açıqlama yayıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən 1996-cı ildən etibarən ölkənin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır.

“Mərkəzi Bank tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə və Ulu öndərin anadan olmasının 90 və 95 illik yubileyinə, Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığının 500 illiyinə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə, Milli mətbuatın 135 illik, Mərkəzi Bankının 20 illik yubileyinə, Naxçıvan MR-nın 85 və 90 illiyinə, eləcə də müasi tariximizin ən böyük nailiyyətlərindən olan Əsrin Müqaviləsi, Tanap, Azerspace-1, Bakı-Tbilisi-Qars layihələrinə və I Avropa oyunlarına, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş və s. mövzularda yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılmışdır.” – deyə Banker.az-a daxil olan Press-relizdə deyilir.

Yubiley və xatirə pul nişanları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində “Milli pul nişanları” bölməsində yerləşdirilmişdir (link:https://www.cbar.az/moneymarks/coins?category=2).

Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmtələr portalında “Elektron müraciətlər sistemi”nə daxil olaraq sifariş edə (link:https://contact.e-cbar.az/?AspxAutoDetectCookieSupport=1), eləcə də Mərkəzi Bankın əsas inzibati binasında və ərazi idarələrində yerləşən kassa xidmətinə müraciət edərək əldə edə bilər.

Satışda olan yubiley və xatirə pul nişanları və onların qiymətləri barədə məlumat aşağıdakı cədvəldə göstərilmişdir.

Satışda olan yubiley və xatirə pul nişanları və onların qiymətləri

(04.04.2019-cu il tarixə) barədə məlumat

Yubiley və xatirə pul nişanları

Buraxılış ili

Metalı

Çəkisi

 Satış dəyəri (manat)

Ulu Öndər Heydər Əliyev- 90 il

2013

qızıl

1 unsiya

2507.61

Ulu Öndər Heydər Əliyev- 90 il

2013

qızıl

10 unsiya

23976.07

Ulu Öndər Heydər Əliyev- 95 il

2018

qızıl

1 unsiya

2507.61

Ulu Öndər Heydər Əliyev- 95 il

2018

qızıl+platin

1 unsiya

2500.0

Ulu Öndər Heydər Əliyev- 95 il dəst

2018

qızıl+platin

2 unsiya

5300.0

Azərbaycan Xalq Cumhuriyyəti-100 il dəst

2018

qızıl

2.25 unsiya

6000.00

Azərbaycan Xalq Cumhuriyyəti-100 il

2018

qızıl

1 unsiya

2507.61

Azərbaycan Xalq Cumhuriyyəti-100 il

2018

qızıl

3/4 unsiya

2100.0

Azərbaycan Xalq Cumhuriyyəti-100 il

2018

qızıl

1/2 unsiya

1500.0

Naxçıvan MR yaranması – 85 il 

2009

gümüş

1 unsiya

99.76

Naxçıvan MR yaranması – 90 il 

2015

qızıl

1 unsiya

2507.61

Məhəmməd Füzuli 

1996

gümüş

28.28 qr

38.76

Dövlət Müstəqilliyinin 20 illiyi 

2011

qızıl

1 unsiya

2507.61

Mərkəzi Bankının 20 illiyi

2012

gümüş

1 unsiya

86.76

Milli Mətbuatının 135 illiyi 

2010

gümüş

1 unsiya

112.76

“Bakı Tiflis Qars” dəmir yolu 

2015

gümüş

1 unsiya

85.76

“Əsrin müqaviləsi”nin 20 illiyi

2016

qızıl

1 unsiya

2507.61

“Əsrin müqaviləsi”nin 20 illiyi

2016

gümüş

1 unsiya

85.76

“Azərspace” telekommunikasiya peyki

2016

gümüş

1 unsiya

85.76

“TANAP” layihəsi

2016

gümüş

1 unsiya

85.76

“Bakı-2015 Avropa oyunları”na həsr olunmuş (gimnastika, güləş, kanoe, oxatma, suya tullanma)

2015

gümüş

1 unsiya

85.76

“Bakı-2015 Avropa oyunları”na həsr olunmuş (gimnastika, güləş, kanoe, oxatma, suya tullanma)

2015

kupronikel

1 unsiya

22.0

 

Qeyd 1: 1 unsiya = 31.1 qr

 

Qeyd 2: Yubiley və xatirə pul nişanlarının qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər