31 C
Baku
Sunday, June 16, 2024

Mərkəzi Banka yeni baş direktor təyin edildi

Rəna Ənvər Paşa qızı Məlikova Azərbaycan Mərkəzi Bankının baş direktoru təyin edilib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Bundan başqa, indiyə qədər AMB sədrinin müşavirləri olan Rəşad Məmmədov və Şahin Məmmədzadə də baş direktor təyin edilib. Bununla da, qurumun baş direktorlarının sayı 9-a çatıb.

Rəna Məlikova 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə yenidənhazırlanma kursunu bitirmişdir.

Əmək fəaliyyətinə 1981-ci ildə başlamış və 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.

1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləmişdir.

2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

2024-cü il yanvarın 07-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.

İki övladı var.

Hazırda Mərkəzi Bankın baş direktorları:

1. Ziya Zəfər oğlu Əliyev
2. Vüqar Ramin oğlu Əhmədov
3. Əli İsmayıl oğlu Əhmədov
4. Toğrul Nəcəfəli oğlu Əliyev
5. Fərid Tofiq oğlu Osmanov
6. Gülər Azər qızı Paşayeva
7. Rəna Ənvər Paşa qızı Məlikova
8. Rəşad Məsim oğlu Məmmədov
9. Şahin Aydın oğlu Mahmudzadə

Son xəbərlər
 ⁠
Digər xəbərlər