27 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bankda avtomatlaşdırılmış informasiya sistemləri yaradılacaq

Mərkəzi Bankı (AMB) avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması, habelə AMB-nin beynəlxalq ISO:27001:2013 standartı üzrə sertifikatlaşdırılması ilə bağlı tender elan edib.

I lot üzrə tenderin predmeti AMB-də Menecment İnformasiya Sisteminin (MİS) yaradılması, II lot üzrə Mərkəzi Bankda bir pəncərə prinsipinə əsaslanan “e-CBAR” platformasının yaradılması, III lot üzrə isə Mərkəzi Bankın ISO:27001 beynəlxalq standartı üzrə sertifikatlaşdırılmasıdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi ilk iki lot üzrə 200 manat, sonuncu lot üzrə isə 100 manat məbləğində vəsait köçürməlidir.

Tender proseduru iyulun 29-da saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcək.

Report

Son xəbərlər
Digər xəbərlər