10 C
Baku
Friday, December 27, 2024

Mərkəzi Bankda struktur dəyişikliyi olub – Departament yaradılıb, təyinatlar olub

Azərbaycan Mərkəzi Bankının strukturunda bir sıra yeniliklər olub.

Bu barədə Banker.az AMB-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Korporativ İdarəetmə Departamentinin adı Korporativ idarəetmə və katiblik departamenti Kapital bazarına nəzarət departamentinin adı isə Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentini olaraq yenilənib.

Requlyatorun Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi departamenti yaradılıb.

Strateji və Layihə İdarəetməsi departamenti, Yeni binanın tikintisi, Rezolyusiya, Lisenziyalaşdırma, İnformasiya və kibertəhlükəsizlik və Əməliyyat riskləri şöbələri yaradılıb.

AMB-nin Korporativ İdarəetmə Departamentinin direktoru Arif Şirəliyev Strateji və Layihə İdarəetməsi departamentinin direktoru təyin edilib.

İnformasiya Təhlükəsizliyi şöbəsinin rəhbəri dəyişib. Bu vəzifədə Anar Kazımovu Elvin Şahverdiyev əvəzləyib. Lisenziyalaşdırma şöbəsinin rəhbəri isə Elnur Allahverdiyev seçilib.

Son xəbərlər
Digər xəbərlər