7 C
Baku
Saturday, December 3, 2022

Mərkəzi Bankdakı vəzifələrini itirdilər

Mayın 31-də Milli Məclis plenar iclas keçirməklə Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər seçdilər və həmin gün MM-in deputatı mediaya bildirmişdi ki, digər üç üzvün səlahiyyət müddəti bitir.

Banker.az xəbər verir ki, İdarə Heyətində yer alan həmin şəxslərin adı Azərbaycan Mərkəzi Bankının saytı – cbar.az-dan götürülüb, digər məlum təyinatlar saytda qeyd edilib.

İdarə Heyəti sədrinin 1-ci müavini Alim Quliyev və digər müavinlər Aftandil Babayev və Vadim Xubanovin adı qeyd edilən siyahıdan çıxarıblar.

Bu üç şəxs 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə AMB-nin İdarə Heyətinə üzv seçilmişdilər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı haqqında qanuna görə onun İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.


M a d d ə 2 2 . Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətləri
22.0. Mərkəzi Bankın İdarə Heyəti:
22.0.1. hər il üçün dövlətin pul və valyuta siyasətini müəyyənləşdirir və təsdiq edir;
22.0.2. pul siyasətinin alətlərinə dair qərarlar qəbul edir, o cümlədən
uçot dərəcəsini, özünün əməliyyatları üzrə faiz dərəcələrini, acıq bazarda əməliyyatların
şərtlərini müəyyən edir;
22.0.3. yeni nümunəli pul nişanlarının tədavülə buraxılması və köhnə nümunəli pul
nişanlarının tədavüldən çıxarılması barədə qərar qəbul edir;
22.0.4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda
valyuta tənzimi ilə bağlı Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmiş məsələlər barəsində
qərarlar qəbul edir;
22.0.5. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Mərkəzi Bankın
büdcəsini və ona dəyişiklikləri təsdiq edir;
22.0.6. Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılması və istifadə olunması
qaydasını müəyyən edir;
22.0.7. Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir;
22.0.8. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, beynəlxalq qızıl-valyuta
ehtiyatlarının saxlanılması və idarə olunması strategiyası və qaydalarını müəyyən
edir;

22.0.13. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Mərkəzi Bankın təşkilati
strukturunu və idarəetmə prosedurlarını müəyyən edir;
22.0.14. Mərkəzi Banka işə qəbul və əməkdaşların qiymətləndirilməsi qaydalarını,
habelə Mərkəzi Bankın İdarə Heyətinin nomenklaturuna daxil olan vəzifələri
müəyyənləşdirir, həmin vəzifələrə təyinatları və vəzifələrdən azad edilmələri təsdiq edir;
22.0.15. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin
rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə
təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir;
22.0.16. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Mərkəzi Bankda
əməyin ödənilməsi formaları və miqdarını Azərbaycan Respublikasının bank sistemində
uyğun əməkhaqqı səviyyəsi nəzərə alınmaqla müəyyənləşdirir;
22.0.17. Mərkəzi Bankın normativ xarakterli aktlarını təsdiq edir;
22.0.18. bu Qanunla Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş
digər məsələləri həll edir.

Son xəbərlər
Digər xəbərlər
X