3 C
Baku
Saturday, March 2, 2024

Mərkəzi Bankdan 500 manatlıq əsginaslarla bağlı açıqlama

500 manatlıq xatirə pul nişanlarının istehsal limitinin artırılması nəzərdə tutulmur.

Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.

“Beynəlxalq təcrübəyə uyğun olaraq 500 manat nominallı bu xatirə pul nişanı məhdud sayda (1 milyon ədəd) istehsal olunub. Hazırda istehsal olunmuş 500 manatlıq xatirə pul nişanının 25 faizi tədavüldədir və onun istehsal limitinin artırılması, eləcə də dizaynının dəyişdirilməsi nəzərdə tutulmur”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, 500 manat nominallı xatirə pul nişanı Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Mərkəzi Bank tərəfindən 4 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.

Xatırladaq ki, ötən günlərdə 500 manat nominallı xatirə pul nişanlarının dövriyyədəki sayının artırıla biləcəyi, eləcə də növbəti dövrdə onun dizaynının da dəyişdirilməsi məsələsi sosial mediada müzakirə edilirdi.

Son xəbərlər
Digər xəbərlər