19 C
Baku
Tuesday, April 16, 2024

Mərkəzi Bankdan bazara 60 mln. manatlıq ‘həmlə’

8 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Respublikasının Mərkəzi Bankının hər birinin həcmi 30 milyon manat həcmində olan 168 gün (AZ2047024701) və  252 gün (AZ2048024700) notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

168 gün. Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 97.4976 manat (5.5%) və 97.7199 manat (5%) olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,512,700 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.4976 manat (5.50%) və orta ölçülmüş qiyməti 97.5957 manat (5.28%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 25.05.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

252 gün. Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95.7763 (6.3%) manat və 96.1955 (5.65%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37 080 100 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95.9693 (6 %) manat və orta ölçülmüş qiyməti 96.0076 (5.94%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 17.08.2023-cü ildir.

Son xəbərlər
Digər xəbərlər