34 C
Baku
Wednesday, August 17, 2022

Mərkəzi Bankdan “card-to-card” tariflərinə dair açıqlama

Azərbaycanda banklar kartları arasındakı pul köçürmələrdə komissiya haqlarının yüksək olması oxucular arasında ən müzakirə olunan mövzudur.

Banker.az-a tez-tez ölkədə fəaliyyət göstərən və daha böyük xidmət şəbəkəsinə malik olan banklarda komissiyanın yüksək olması ilə əlaqəli suallar gəlir.

Biz isə bu sorğu ilə əlaqəli maliyyə bazarının requlyatoru Mərkəzi Banka sorğu verdik. Sorğu ondan ibarət idi ki, Mərkəzi Bankölkədə fiziki şəxslərin card-to-card əməliyyatlarında bəzi banklarda yüksək komissiyanın azaldılması ilə bağlı tövsiyə veribmi?

Banker.az olaraq bildirək ki, ölkədə card-to-card əməliyatları üzrə ölkənin rezident banklarına 0.5-1% arasında və minimum 50 qəpik komissiya tətbiq edirlər. Yəni, 49 manatdan aşağı istənilən həcm üçün 50 qəpik, yaxud 1 manat ödənilməlidir. Hətta elə banklar var ki, eyni banka məxsus kartlar arasında da köçürmələr üçün komissiya tətbiq edir.

Mərkəzi Bank isə cavabında bildirib ki, ödəniş xidmətləri üzrə banklar tərəfindən müəyyən edilən tarif siyasəti Mərkəzi Bank tərəfindən tənzimlənmir.

“Sözügedən xidmət haqları və komissiyalar azad rəqabət şəraitində bazar iştirakçıları tərəfindən formalaşdırılır” – deyə, AMB-dən bildirlər.

Bununla belə, AMB-dən bildirilir ki, requlyator ölkədə daha əlçatan ödəniş tariflərinin formalaşdırılması məqsədilə banklar üçün əlverişli bazar mühitinin yaradılması istiqamətində bir sıra layihələr və tədbirlərin icrasını həyata keçirir. Belə ki, Mərkəzi Bank tərəfindən yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) və Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmətlərdən istifadə zamanı banklardan xidmət haqqı tutulmur. Eyni zamanda, pandemiya ilə əlaqədar 2020-ci il ərzində Mərkəzi Bankın operatoru olduğu AZİPS və XÖHKS sistemləri üzrə banklardan tutulan xidmət haqları 50% aşağı salınmışdır.

Mərkəzi Bankın operatoru olduğu digər ödəniş sistemi – Ani Ödənişlər Sistemindən (AÖS) istifadənin stimullaşdırılması ilə əlaqədar Mərkəzi Bank tərəfindən 2020 və 2021-ci illər ərzində adıçəkilən sistemdən istifadəyə görə banklardan, eləcə də digər iştirakçı təşkilatlardan xidmət haqqı tutulmamışdır. Sözügedən tədbirlərin dəstəklənməsi məqsədilə fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) tərəfindən aparılan QR kod ödənişləri və köçürmələr üzrə AÖS-dən istifadəyə görə iştirakçı təşkilatlardan xidmət haqqının tutulmaması ilə bağlı güzəşt müddəti 01 yanvar 2022-ci ildən 01 yanvar 2023-cü il tarixinədək uzadılmışdır.

Son xəbərlər
Oxşar xəbərlər