29 C
Baku
Thursday, July 25, 2024

Mərkəzi Bankdan “Whatsapp” fırıldaqçıları ilə bağlı xəbərdarlıq

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən “Whatsapp” platforması üzərindən Mərkəzi Banka müraciətin edilməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

Bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq.9a4f4bbd2ce21b0c8ef8eadb8

Son xəbərlər
Digər xəbərlər