17 C
Baku
Saturday, May 18, 2024

Azərbaycan Mərkəzi Bankı: Rusiyanın “Mir” ödəniş sisteminə dair müzakirələr aparılır

Azərbaycan Mərkəzi Bankı “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyət göstərməsi imkanlarını müzakirə edir.

Bunu Banker.az-ın sorğusuna AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

Fərid Osmanov bildirir ki, bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur.

“Yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq” deyə o bildirir.

“Mir” Rusiya Mərkəzi Bankı tərəfindən 1 may 2017-ci ildə qəbul edilən qanunla qurulan beynəlxalq ödəmə sistemidir. Hazırda əksər Rusiya şirkətləri bu sistemlə çalışır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər