Mərkəzi Bankın 100 mln. həmləsi – 19 bank müştəri çıxdı

30 İyun 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50102590S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən deyilir.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5543 (5.76%) olan 31 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 830,461,200.00.00 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 28.07.2021-ci ildir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.