Azərbaycan Mərkəzi Bankının 1 yanvar 2023-cü il tarixinə cəmi aktivlərinin həcmi 30 mlrd. 861.99 mln. manat təşkil edib.
Banker.az bunu AMB-nin illik audit hesabatına istinadən xəbər verir.
Bu da illik müqayisədə 17 faiz artım deməkdir.
AMB-nin aktivlərinin 22 mlrd. 19.99 mln. manatını borc qiymətli kağızlar təşkil edib ki, bu, bir il öncə 17 mlrd. 362.28 mln. manat idi.
AMB-nin aktivlərində torpaq, tikili və avadanlıqların dəyəri 287.95 mln. manat olub. Bu, bir il öncə 76.36 mln. manat idi.
Mərkəzi Bankın cəmi öhdəliklərinin həcmi illik müqayisədə 18 faiz artımla 29 mlrd. 881.2 mln. manat olub, o cümlədən 14 mlrd. 714.36 mln. manatı dövriyyədə olan kağız pul və metal pullar, 1 mlrd. 938.98 mln. manatı rezident banklara qoyulan depozitlər, 4 mlrd. 280.23 mln. manatı hökumət idarələrinə qarşı öhdəlik, 6 mlrd. 169.72 mln. manatı isə kredit təşkilatlarına qarşı öhdəliklər və s. təşkil edib.
AMB-nin cəmi kapitalı son bir ildə 1 mlrd. 170.19 mln. manatdan 980.79 mln. manata düşüb. Cəmi kapitalında 500 mln. manat nizamnamə fondu, 480.79 mln. manat kapital ehtiyatı təşkil edib. İllərin yığılmış mənfəəti 171.33 mln. manat təşkil etsə də, bir o qədər də qiymətli kağızlar üzrə yenidən qiymətləndirilməsi üzrə ehtiyat ayrılıb.