3 C
Baku
Cümə, Dekabr 3, 2021

Mərkəzi Bankın Ani Pay-i ilə aparılan əməliyyatlar ₼200 milyonu ötüb

Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi milli ödəniş sistemi olan Ani Ödənişlər Sistemi (Ani Pay) ilə aparılan əməliyyatların sayı və məbləği açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki,  sentyabr ayında da 26 milyon manatlıq ödəniş əməliyyatı aparılıb. Bu məbləğin baş tutması üçün isə 11 min ədəd əməliyyat aparılıb.

Beləliklə, 2020-ci ilin oktyabrında işə salınan bu ödəniş sistemi ilə indiyə qədər 217 milyon manat, ilin əvvəlindən isə 169 milyon manatlıq əməliyyat aparılıb.

AÖS fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırılır. Bu sistemdə vəsaiti ödəyənlə vəsaiti alan arasında aparılan hesablaşmalar 5-20 saniyə ərzində hər iki tərəfin xəbərdarlıq alması ilə tam başa çatdırılır. Sistemdə aparılan əməliyyatlar üzrə autentifikasiya, avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir.

AÖS-də əməliyyatlar milli (Azərbaycan Manatı – AZN) valyutada aparılır. Müştəri hesabının milli valyutadan kənar hər hansı valyutada olması halında ödəniş üzrə banklar tərəfindən günün məzənnəsinə uyğun olaraq konvertasiya icra olunur.

AÖS ilə aparılan əməliyyat həcmləri
Tarix  mln. AZN 
Oktyabr 2020                                                           14
Noyabr                                                           17
Dekabr                                                           17
Yanvar 2021                                                           15
Fevral                                                           13
Mart                                                           15
Aprel                                                           21
May                                                           15
Iyun                                                           18
iyul                                                           20
avqust                                                           26
sentyabr                                                           26
Cari ildə                                                         169
Yarandığı gündən                                                         217
Son xəbərlər
Oxşar xəbərlər
X