19 C
Baku
Bazar, Sentyabr 19, 2021

Mərkəzi Bankın “AniPay”i ilə əməliyyatların həcmi 117 milyon manata yüksəldi

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Mərkəzi Bankının 2020-ci ilin oktyabrından işə düşmüş Ani Ödənişlər Sistemi (AniPay) ilə əməliyyatların həcmində aybaay artım müşahidə edilir.

Banker.az xəbər verir ki, 2021-ci ilin iyul ayında AÖS ilə 20 milyon manat olmaqla cari ilin aprelindən sonra ən böyük rəqəm olub.

Ölkədə AÖS ilə əməliyyatların həcmi işə salındığı gündən bu günə qədər 165 milyon manat təşkil etmiş, bunun da 117 milyon manatı 2021-ci ilin yanvar-iyul aylarının payına düşüb.

AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verir.

Tarix AÖS  ilə əməliyyatlar, mln ₼
Oktyabr  2020               14
Noyabr 2020               17
Dekabr  2020               17
Yanvar 2021               15
Fevral  2021               13
Mart  2021               15
Aprel  2021               21
May 2020               15
İyun  2021               18
İyul  2021               20
2021-ci il üzrə cəmi            117
İndiyə qədər            165

 

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər