26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bankın bütün banklara ‘dollar limiti’ qoyduğu bildirilir

Azərbaycan Mərkəzi Bankının kommersiya banklarına valyuta satışı ilə bağlı tapşırıqlar verdiyi bildirilir.

Tapşırığa əsasən, banklar bir müştəriyə 15 min manat ekvivalentindən (8 823 dollardan) yüksək məbləğdə dollar satmamalıdırlar. Bu barədə Marja-ya bank sektorundan deyiblər.

Digər bir məhdudiyyətə görə, 500 dollardan yuxarı mübadilə zamanı müştəri haqqında xüsusi forma doldurulacaq.

Dünən neft qiymətləri 30%-dən çox düşüb, Brent neftinin qiyməti 31 dolları görüb. Bu vəziyyət Azərbaycanda 3-cü devalvasiya qorxularını artırıb.

Bu gün isə Brent nefti 7%-dən çox bahalaşıb və barelinin qiyməti 37.14 dollara yüksəlib (saat 09:45-ə olan məlumat).

Son xəbərlər
Digər xəbərlər