17 C
Baku
Sunday, April 14, 2024

Mərkəzi Bankın faiz qərarı ardından həftəlik repo hərracında faizlər yüksəlib

29 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının repo hərracı yekunlaşıb və orta gəlirlilik faizləri dünənki faiz endirimi şəraitində yüksəlib.

Banker.az xəbər verir ki, 7 günlük repo hərracında 100 mln. manatlıq nominal təklifə qarşı sifarişlər 59.45 mln. manat təşkil edib.

Tələbin aşağı olması isə orta faizləri 7.03%-ə qədər artırıb ki, bu martın ilk dekadasında repo hərracının göstəricisindən 0.28 faiz bəndi yuxarıdır. 7 martdakı hərracda 100 mln. manatlıq təklifə qarşı yerli institutlar 117.5 mln. manat sifarişlə çıxış etmişdilər.

Milli valyutada əməliyyatların orta çəkili faiz dərəcəsini əks etdirən AZIR indeksi dünən orta gəlirliliyi 1 günlük (1D AZIR) 6.52% təşkil edib. Banklar arasında 7 təminatsız kreditin həcmi 253 mln. manat olub. Bu bayramlardan öncəki 19 martdakı göstəricidən (6.51%) yuxarıdır.

Bu hadisə Azərbaycan Mərkəzi Bankının ötən gün ilin ikinci iclasından sonra faizləri azaltması ardından baş verir. AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 28 martda 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirib. Lakin faiz dəhlizinin aşağı həddinin (depozit faizi) isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

AMB dünən açıqlamasında bençmark depozit faizinin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət etdiyini deyib.

Repo hərracı barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Repo predmeti AZ2001008351
Hərrac vaxtı 11:00-11:30
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 59,454,388 manat
Reallaşdırılmış həcm  59,454,388 manat
Repo açılış qiyməti 1 manat
Repo predmetinin sayı 100,000,000 ədəd
Repo müddəti 7 gün
Minimal faiz 6,85 %
Maksimal faiz 7,20 %
Kəsmə faiz 7,20 %
Ortaçəkili faiz 7,03 %
Hərracda iştirak edən bank sayı 4
Sifarişlərin sayı 4

 

Son xəbərlər
Digər xəbərlər