18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Mərkəzi Bankın notlarına tələb təklifi üstələməkdədir

23 dekabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101186S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 99.4495 (6.87%) və  99.5385 (5.76%) olan 26 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 841,465,100.00 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5385  (5.76%), orta ölçülmüş qiyməti is 99.5385 (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150,000,000.00 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 21.01.2021-ci ildir.

Son xəbərlər
Oxşar xəbərlər