12 C
Baku
Sunday, October 27, 2024

Mərkəzi Bankın notlarına yerli bankların tələbi təklifi 4 dəfə üstələdi

17 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101389S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a BFB-dan bildirilib.

Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və  99.5543  (5.76%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 801 milyon 894.7 min manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543  (5.76%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyonmanat təşkil edib

Notların ödəmə tarixi 14 aprel 2021-ci ildir.

 

Son xəbərlər
Digər xəbərlər