5 C
Baku
Tuesday, January 31, 2023

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

18 May 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50103296S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 20 investor tərəfindən qiyməti 99.5158 (6.26%) manat olan 26 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,364,388,500 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5158 (6.26%) manat müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150,000,000.00 manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 15.06.2022-ci ildir.

Son xəbərlər
Digər xəbərlər
X