28 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bankın sədri Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul etmişdir

Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə institutları üzrə İcraçı direktoru Nik Tesseymanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycanın maliyyə sektorunda AYİB-in aktiv iştirakı və əməkdaşlığı, bank sisteminin davamlı inkişafı və sektorun üzləşdiyi çağırışlara dair fikir mübadiləsi aparılmışdır.

E.Rüstəmov AYİB-lə Azərbaycan arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun artırılmasına dair ətraflı məlumat verdi. E.Rüstəmov bu ilin ilk 6 ayının uğurlu göstəricilərinə istinad edərək Azərbaycan iqtisadiyyatının qlobal və regional iqtisadi çağırışlara baxmayaraq inamla inkişaf etdiyini, bank sektorunun sabitlik nümayiş etdirdiyini vurğuladı.

Azərbaycanın AYİB ilə əməkdaşlığına xüsusi önəm verərək, E.Rüstəmov ölkənin maliyyə çıxışlarının genişlənməsi, bank sektorunun qeyri neft sektoruna dəstəyinin gücləndirilməsi və sektorun ümumilikdə daha da inkişaf etdirilməsi istiqamətində AYİB-lə əməkdaşlığın vacibliyindən danışdı. O, qeyd etdi ki, AYİB-in Azərbaycan üzrə Ölkə Strategiyası ölkəmizin inkişaf prioritetlərini dəstəkləyir və birgə fəaliyyət üçün əməkdaşlıq spektrumunu daha da genişləndirir.

N.Tesseyman öz növbəsində Azərbaycanın regional hadisələr fonunda uğurlu inkişaf dinamikası nümayiş etdirdiyini vurğuladı. O, AYİB-in ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə Azərbaycanla sıx əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu bildirdi. Sonra, N.Tesseyman AYİB tərəfindən Azərbaycanda bu günə qədər həyata keçirilən layihələr, maliyyə institutları ilə əməkdaşlıq və planlaşdırılan yeni layihələr barədə məlumat verdi.

Görüşdə həmçinin, Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri və prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər