Mərkəzi Bankın sədri inflyasiyaya dair proqnoz verdi

Elman Rüstəmov / FOTO: REPORT İ.A

“İnfilyasiya proqnozunu hökumət və biz hazırlayırıq. Hazırda isə biz bu proqnozu dəyişmirik. Bildiyimiz kimi, qarşıdan yay mövsümü gəlir və inflayasiyanın azalacağı mümkün deyil”.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O, bildirib ki, Azərbaycan Mərkəzi Bankı hələ ki inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu dəyişdirmir.

“Sadəcə ilin ilk 9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək.

Bu il ərzində inflyasiyanın azalması davam edir. 5 ayda orta illik inflyasya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər inflyasiyanın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi, birrəqəmli səviyyədə olacağı gözlənilir”.