8 C
Baku
Sunday, January 29, 2023

Mərkəzi Bankın sabiq əməkdaşı dövlət agentliyinə təyinat aldı

Uzun müddət Azərbaycan Mərkəzi Bankından çalışmış Rövşən Qəniyev dövlət agentliyinə təyinat alıb.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata əsasən, o, Dövlət Məşğulluq Mərkəzinin Rəqəmsal məşğulluğun təşkili departamentinin müdiri təyin edilib.

R.Qəniyev bu vəzifədə Orxan Rəsulovu əvəz edib.

R.Qəniyev 2012-ci ildən 2020-ci ilə qədər Azərbaycan Mərkəzi Bankında, 2020-ci ildən isə İcbari Sığorta Bürosunda çalışırdı.

Hazırda yeni təyin edildiyi departament üç: Elektron xidmətlərin təşkili şöbəsi, Məlumatların təhlili şöbəsi və Məşğulluqda rəqəmsal innovasiyalar şöbəsindən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər
X