29 C
Baku
Tuesday, July 23, 2024

Mərkəzi Bankın son qərarı kredit faizlərinə necə təsir edəcək?

Mərkəzi Bank pul siyasətinə dəyişikliklər edərək məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxıb. Qeyd edək ki, məcburi ehtiyat normalarının diferensiallaşdırallaşdırılması Mərkəzi Bankın yeni sədrinin Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ilk görüşü zamanı müzakirə edilən məsələlərdən idi. Bazel 4 prinsipi pul siyasətində differensial və ya selektiv yanaşmanı tövsiyyə edir.

Banker.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Yeni qaydalara əsasən milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10% və 12% səviyyəsində müəyyən olunacaq. Bu məbləğlərdən az olan öhdəliklər üzrə isə uyğun olaraq 5% və 6% səviyyəsində saxlanılır. Praktik olaraq, son normalar Mərkəzi Bankın 9 yanvar 2023-cü il qərarında nəzərdə tutulanlardan fərqlənmir. Həmin qərarla da diferensial normalar müəyyənləşmişdir.
Soununcu qərarla həmçinin Mərkəzi Bank faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək məqsədi ilə sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin gələn ayın 15-dən etibarən ləğv edir. Mərkəzi Bank bu addımı banklararası bazarda fəallığın və bankların likvidlik mövqeyinin əhəmiyyətli dəyişməsi ilə izah edir.

Mərkəzi Bankın son qərarının kredit faizlərinə xüsusi təsir edəcəyi gözlənilmir. Belə ki, diferensial normalar praktik olaraq dəyişdirilmir və günlük limitin ləğvi isə daha çox likvidliyinin idarə edilməsi ilə bağlıdır. Mərkəzi Bankın uçot dərəcəsinin banklararası bazarda əməliyyatlara təsiri olsa da onun kredit faizlərinə xüsusi təsiri hiss olunmur. Bu baxımdan da, kredit bazarına təsir edəcək digər alətlərdən daha fəal istifadəyə ehtiyac var.

Son xəbərlər
Digər xəbərlər