Azərbaycan Mərkəzi Bankının (AMB) tikilməkdə olan yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.
Bu barədə layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətindən bildirilib.
Qeyd edilib ki, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir. Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1%-i tamamlanıb.