17 C
Baku
Sunday, October 6, 2024

Mərkəzi Bankda rəhbərliyə ödənilən əməkhaqqı ödənişlərinin həcmi ₼2.55 mln.-u keçib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri, müavinlərinə və baş direktorlarına ümumilikdə 2 milyon 552 min manat həcmində ödənişlər edilib. 

Bu barədə Banker.az AMB-nin illik audit hesabatına istinadən xəbər verir. 

Bu da 2021-ci illə müqayisədə 1 mln. 128 min manat və ya 79% artımdır. 

AMB-nin İdarə Heyətinə və baş direktorlarına 2021-ci ildə 1 mln. 424 min manat əməkhaqqı və sosial fondlara ayırmalar edilib. 

İdarə Heyəti və baş direktorlarınnın ötən il ərzində 2 mln. 63 min manatı əməkhaqqı təşkil edib. 2021-ci ildə bu rəqəm 1 mln. 146 min manat idi. 

Qeyd edək ki, 12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin tərkibində dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.  

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin I müavini Rəşad Orucov, sədrin müavini isə Əliyar Məmmədyarovdur. 

Baş direktorlar Akşin Vəzir oğlu Vəliyev, Ziya Zəfər oğlu Əliyev, Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev, Fərid Tofiq oğlu Osmanov və Gülər Azər qızı Paşayevadır. Abdulla Kərim oğlu Məlik-Aslanov və Vüqar Fərman oğlu Əliyev isə Mərkəzi Bankın sədrinin müşavirləridir.

Son xəbərlər
Digər xəbərlər