10 C
Baku
Friday, October 25, 2024

Mərkəzi Bankın yeni tapşırığı barədə assosasiya rəhbəri açıqlama verdi

Mərkəzi Bank ölkə banklarına kart əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün ilin sonuna qədər vaxt verib.
ANS TV-nin məlumatına görə, bu barədə bank sektorundakı mənbələrdən bildirilib. Tənzimləyici orqanın tələbinə əsasən yaxın 3 ay ərzində bütün bankomatlarda azı 2 kamera quraşdırılmalıdır. Bunlardan 1-i hesabından pul çıxarmaq istəyən şəxsin üzünü görmək, digəri isə bankomatdan pulun çıxdığı yeri nəzarətdə saxlamaq üçündür. Bu kameranın görüntüləri ən azı 6 ay müddətində saxlanılacaq.

Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, bununla bağlı birbaşa Mərkəzi Bank tərəfindən göstəriş verilib. Yəni bütün bankların mövcud olan bankomatları kameralarla təchiz edilir. Bu kameralar vasitəsilə yarana biləcək hər hansı bir qanunsuzluğun qarşısını almaq mümükün olacaq.

Bank kartlarına kənar müdaxilənin qarşısını almaq üçün bankomatlarda anti-skimminq avadanlığı quraşdırılmalıdır. Çünki, bəzən bankomata kənar şəxslər xüsusi materialdan hazırlanmış ağ rəngli plastik kart daxil edir və bununla da bankomata salınan kartların göstəricilərini əldə edirlər.

Kartın üzərindəki 16 rəqəmli nömrə, 3 rəqəmli CVV kodu, kartdan istifadə müddətinin hansı il, hansı ay başa çatacağı ilə bağlı məlumatlar ələ keçdikdən sonra onunla internetdə əməliyyat aparmaq mümkün olur. Buna görə də, banklardan bu istiqamətdə də təcili tədbirlər görmək tələb olunur.

Son xəbərlər
Digər xəbərlər