22 C
Baku
Thursday, September 29, 2022

Mərkəzi Bankının nümayəndə heyəti Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndə heyəti 7-8 fevral 2022-ci il tarixlərində İstanbul şəhərində işgüzar səfərdə olub.

Bu barədə Banker.az-a AMB-dən bildirilir.

Səfər çərçivəsində Türkiyə Respublikasının Mərkəzi Bankı (TRMB) nəzdində fəaliyyət göstərən İstanbul Mərkəzi Bankçılıq Araşdırma və Təlim Mərkəzi, Türkiyə Banklar Birliyi Təlim Mərkəzi, Türk Sığorta İnstitutu Fondu və Kapital Bazarı Lisenziyalaşdırma, Reyestr və Təlim Agentliyində müxtəlif görüşlər keçirilmişdir.

Görüşlər zamanı Türkiyənin maliyyə sektorunda təlim və inkişaf məsələləri, maliyyə bazarlarında peşə və kvalifikasiya standartlarının tətbiqi sahələrində geniş fikir mübadiləsi aparılmış, sözügedən istiqamətlərdə Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.

Səfər zamanı Mərkəzi Bankın nümayəndə heyətinin TRMB-nin sədr müavini Emrah Şenerlə görüşündə iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək qiymətləndirilmiş, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi və intensivləşdirilməsi planları, xüsusilə maliyyə innovasiyaları sahəsində birgə araşdırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilmişdir.

Son xəbərlər
Oxşar xəbərlər