20 C
Baku
Bazar, Oktyabr 24, 2021

Mərkəzi banklar son şansı əldən verdilər

Son illərdə dünyanın ən böyük mərkəzi bankları nəhayət başa düşdülər ki, ultra yumşaq pul siyasəti gözlənilən nəticəni vermir, yalnız maliyyə sistemini məhv edir və getdikcə daha çox “köpük” əmələ gətirir.

Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini aktiv şəkildə artıraraq, balans hesabını azaltma prosesinə, Avropa Mərkəzi Bankı kəmiyyət yumşaltma proqramını dayandıraraq, gələcək nisbət artımı üçün planlar hazırlamağa başlayıb.

İlk baxışdan sizə elə gələ bilər ki, faiz dərəcələrinin artırılması təmizlənməyə gətirib çıxaracaq, effektiv olmayan şirkətlər bazarı tərk edəcək, maliyyə sistemi isə daha sağlam olacaq. Lakin bu ümidlər puç olub. Siyasi təzyiq və bazarın çökməsi tənzimləyicilərin gözünü qorxuzub.

qrafik1Və həqiqətən də, Federal Ehtiyatlar Sistemi planlarından imtina edərək, yumşalma siyasətinə keçib. Yeri gəlmişkən, ötən ilin payızında bu haqda müzakirələr belə gedə bilməzdi, Jerome Powell faiz dərəcələrini artırmağa davam edəcəyini vəd etmişdir. Nəticədə, faiz dərəcələri üç dəfə azaldılıb və kəmiyyət yumşalma proqramı işə salınıb.

“Goldman Sachs”  ın həmkarı və Jerome Powell-in iş yoldaşı Mario Graghi, vəzifəsindən getməzdən əvvəl aktivlərin satınalması və depozit dərəcəsinin aşağı salınması proqramının yenidən başladığını elan etmişdir.

qrafik5

Nəticədə görürük ki, mərkəzi banklar siyasətləri normallaşdırmaq planlarından nəinki geri çəkildi, həm də daha qətiyyətli addımlar atmağa başlayıblar.

Avropanın bank sistemi ümidsizlikdən nə edəcəyini bilmir. O mənfi faiz dərəcələri şəraitində işləyə bilmir, bu baza qaydalarına ziddir. Banklar kreditlərdən pul qazana bilmirlər, onlar ümumiyyətlə heç nə edə bilmirlər.  İstiqrazlara investisiya qoymağın heç bir mənası yoxdur: faiz dərəcəsi mənfidir və mənfəət yalnız qiymətlərin artması ilə əldə edilə bilər.

qrafik6Pul bazarında əməliyyat həyata keçirməyə imkan yoxdur: faiz dərəcəsi sıfırdan aşağı olduqda, bütün proseslər pozulur.

Federal Ehtiyatlar sistemi, əslində, müsbət dərəcələri qoruyan yeganə böyük Mərkəzi Bankdır. Lakin bu tempdə Trampın təzyiqi ilə yaxın gələcəkdə FED öz sistemini anomaliyaya gətirib çıxaracaqdır.

İllərdir yorulmadan pul çap edən və aktivləri satın alan Yaponiya Bankı da istisna deyil. Pul, əslində, maliyyə sistemində qalır. Bu arada Yaponiya Bankı uzun müddət təkcə istiqrazları deyil, ETF-ləri də alır və bir çox şirkətin ən böyük səhmdarıdır.

Avropa Mərkəzi Bankının və FED-in başqa yol ilə getmək şansı var idi, lakin onlar ondan istifadə etməyiblər.

Son xəbərlər
Oxşar xəbərlər