10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

“Mərkəzi bankların iki cür müstəqilliyi olur“ – BLOQ

Müəllif: Fariz Hüseynli, Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti Türk lirəsinin son illərdə kəskin ucizlaşması səbəbini şərh edir

BİRİNCİSİ MÜSTƏQİL qərar verə bilmək bacarığı. Mərkəzi Bankın böyük imkanları var, siyasətçilərin də böyük iştahları. Siyasətçilər mərkəzi bankları öz şəxsi bankları kimi işlətməməlidir, belə olsa o ölkənin puluna da, iqtisadiyyatına da güvən qalmaz. Qalmır da, Türkiyə nümunəsində gördüyümüz kimi. TL normalda ucuz ya baha ola bilər, sırf iqtisadi səbəblərə görə, amma son üç-dörd ildə gördüklərimiz hamısı siyasi müdaxilələrin nəticəsidir. Siyasətçilərin də öz məqsədləri olur, həmişə ölkənin mənafe və məqsədləri ilə üst-üstə düşmür. Bunun əziyyətini kim çəkir –vətəndaş, sahibkar və maliyyəçi-iqtisadçılar.

Mərkəzi bankların ikinci müstəqilliyi budur ki, öz pul-kredit siyasəti xarici şokların təsirinə məruz qalmasın. Yəni başqa ölkənin mərkəzi bankının siyasətindən asılı olmasın. Bu effektivliyi də artırır. Amma buna təsir edən iki amil var. Kapital məhdudiyyətləri, yəni ölkəyə pul gəlib-gedə bilir mi, və sabit məzənnə. Ölkəyə kapital rahat gəlib-gedirsə və sabit məzənnə varsa, onda pul siyasəti xarici şoklardan müstəqil ola bilməz. Gərək ya məzənnəni buraxasan, ya da kapitala məhdudiyyət qoyasan (məsələn ayda, ildə filan qədər valyuta ala bilərsən, ölkədən rahat çıxarda bilməzsən vəs.). Həm sabit məzənnə, həm rahat maliyyə giriş-çıxışı, həm də tam effektiv və müstəqil monetar siyasət istəyirsənsə onda gərək çox böyük xarici valyuta (dollar) rezervlərin olmalıdır – düzdü əvvəl axır birini qurban verməlisən. Amma rezervlər bol olsa belə bir ölkənin mərkəzi bankı heç vaxt öz ölkəsinin bütün valyuta rezervlərini sabit saxlamaq üçün xərcləməz.

Valyuta ehtiyatları ölkənin əsas qalxanlarından biridir, bəzən ordu kimi milli təhlükəsizlik məsələsi kimidir. Təəssüf ki, Türkiyə bu qalxanını tam endirib son illərdə. Rezervləri qurtardı, əksinə borc-swap alaraq bazara müdaxilə etməyə çalışdı. Ordu məğlub olacağı savaşa girib necə məğlub olursa bu da ona oxşayır. Tarixdən oxuyuruq ki, Sarıkamışda 90 min əsgər donaraq ölüb (dəqiq rəqəm bilmirəm düzdü ya səhv). Bu da ona oxşayır. Amma TCMB iqtisadi cəhətdən müstəqil qərar vermədi buna. Əksinə 2001 böhranından sonra çox güclü və effektiv Mərkəz Bankası qurmuşdu Türkiyə. Həm qərarları çox təsirli və düz idi, həm də komandası. Hökümət isə qərar verdi ki, bunu məhv etsin. Ortaya da belə nəticə çıxdı.

 

Son xəbərlər
Oxşar xəbərlər