21 C
Baku
Şənbə, May 21, 2022

Məscidlərə təyin edilən din xadimi işdən çıxarılanda icma fəaliyyətini dayandırmayacaq

Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini icma öz dini fəaliyyətini dayandırmayacaq.

Bu, “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə qanun 8-ci maddəsinin VII hissəsi ləğv edilir.

Qanunun hazırkı variantı isə belədir: “Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır”.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər