27 C
Baku
Saturday, July 27, 2024

Məşğulluq Mərkəzi 3 mln. manata yaxın vəsaiti əsassız yerə xərcləyib

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərinin Nəsimi rayon Məşğulluq Mərkəzində aparılan nazarət tədbirləri nəticəsində sözügedən qurumun dövlət büdcəsindən 2 857,04 manat məbləğində vəsaitin əsassız yerə xərcləndiyi məlum olub.

 Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, yoxlama dövrü 01.01.16 – 01.07.18 tarixlərini əhatə edib. Məsələ Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xatırladaq ki, ümumiyyətlə, 2018-ci ildə dövlət büdcəsindən 7 mln. manat vəsait əsassız xərclənib.

©Ona.az

Son xəbərlər
Digər xəbərlər