14 C
Baku
Çərşənbə, May 25, 2022

Məşhur aviaşirkət “Bitcoin”i ödəniş kimi qəbul etməyə başlayacaq

BƏƏ-nin “Emirates” aviaşirkəti öz xidmətlərini “Bitcoin”lə ödəməyi mümkün etməyi planlaşdırır.

Bu barədə şirkətin baş əməliyyat direktoru Adel Əhməd Ər-Redha xəbər verib.

“Emirates” tezliklə “Bitcoin”i ödəniş kimi qəbul etməyə başlayacaq”, – deyə o bildirib.

Bundan əlavə, aviaşirkət veb-saytına özünün NFT tokenlərini əlavə edəcək.

Ər-Redha bildirib ki, aviaşirkətin müştərilərin ehtiyaclarını izləyən proqramların yaradılmasına kömək etmək üçün əlavə işçilərə ehtiyacı ola bilər.

O, aviaşirkətin “Bitcoin” ödəniş xidmətini nə vaxt işə salmağı planlaşdırdığını dəqiqləşdirməyib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər