26 C
Baku
Saturday, July 27, 2024

Məşhur bank Trampa 2016-cı il seçki kampaniyası zamanı kredit verməkdən boyun qaçırıbmış

2016-cı il seçkilərinin gedişində Donald Tramp Almaniyanın ən önəmli maliyyə quurmlarından sayılan “Deutsche Bank”dan uzun müddətli müzakirələrə rəğmən kredit götürə bilməyib.

Banker.az bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat verib.

Qəzetin Donald Trampın ətrafındakı 3 etibarlı qaynağa söykənərək bildirdiyi informasiyaya görə, bank rəhbərliyi Donald Trampın özünü və davranışlarını kredit vermək üçün olduqca riskli hesab edib.

Kredit almaq üçün Donald Trampın adından danışıqlar aparan 2 şəxs “Trump Organization” şirkətinin pulu Şotlandiyanın Ternberri bölgəsindəki ərazini qolf meydançası düzəltmək üçün götürmək istədiyini söyləyib. ABŞ-ın hazırkı prezidenti bunun üçün Mayamidəki daşınmaz əmlakını girov qoymağı belə planlayıbmış.

Lakin “Trump Organization” şirkətinin nümayəndəsi Amanda Miller söylənənləri təkzib edib və bunun tamamilə yalan, saxta informasiya olduğunu qeyd edib.

“Biz “Trump Turnberry” ni hər hansı kənar maliyyə dəstəyi olmadan almışıq və oranın yeniləməsi üçün on milyonlarla pul xərcləmişik. “Trump Turnberry”nin alınması və ya təmirinin maliyyələşdirilməsi üçün heç bir zaman pul lazım olmayıb”, – deyə Miller vurğulayıb.

“The New York Times” məsələni aydınlaşdırmaq üçün “Deutsche Bank”ın mətbuat katibi Troy Qravittə müraciət etsə də, sonuncu cavab verməkdən boyun qaçırıb.

©musavat.com

Son xəbərlər
Digər xəbərlər