26 C
Baku
Saturday, July 27, 2024

Məşhur messencer Belarusdakı ofisini bağladı

Viber şirkəti Belarusdakı ofisini bağlamaq haqqında qərar qəbul edib.

Bunu mətbuata açıqlamasında şirkətin baş direktoru Camel Aqaua deyib.

Camel Aqua bildirib ki, ofisin bağlanmasına Belarusdakı etirazlar və internetin dörd gün “bloklanması” səbəb olub.

O, həmçinin qeyd edib ki, bu addım işçilərin təhlükəsizliyi üçün vacibdir: “Paytaxt Minskdə prezident seçkilərinə qarşı keçirilən etiraz aksiyalarında Viber-in iki əməkdaşı heç bir səbəb olmadan həbs olunub. Hazırda onlardan biri sərbəst buraxılıb, ikincisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib”.

Məlumat üçün bildirək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan və nəticə elan edildikdən sonra nəticələrin saxtalaşdırılmasına qarşı icazəsiz etirazlar başlayıb.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər