24 C
Baku
Thursday, April 18, 2024

Məşhur türkiyəli iş adamı infarkt keçirib

İstanbulda infarkt keçirən 68 yaşlı iş adamı Əli Ağaoğlu özəl xəstəxayana aparılıb.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Əli Ağaoğlu günorta saatlarında özünü pis hiss etdiyinə görə Ataşehirdəki özəl xəstəxanalardan birinə aparılıb. Səbəbin ürək tutması olduğu öyrənilən Əli Ağaoğluna anjiyo müalicəsi tətbiq edilib. Məlumata görə, hazırda iş adamının səhhəti yaxşıdır, müalicəsi xəstəxanada davam etdirilir.

Bildirilir ki, Əli Ağaoğlunun müalicə aldığı xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri görülüb.

Son xəbərlər
Digər xəbərlər