32 C
Baku
Thursday, July 31, 2025

Məsud Pezeşkian: “ECO-ya üzv ölkələr Azad Ticarət Zonasının yaradılmasına hədəflənməlidir

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında Azad Ticarət Zonasının yaradılması hədəflənməlidir.

Bunu İran Prezidenti Məsud Pezeşkian ECO-nun 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, ECO-ya üzv ölkələr arasında Ticarət Sazişi nəzərdən keçirilməli və həyata keçirilməlidir: “ECO-ya üzv ölkələr arasında azad ticarət haqqqında danışıqlar mümkün qədər tez başlamalı və ECO-da Azad Ticarət Zonası yaratmaq hədəflənməlidir”.

M. Pezeşkian qeyd edib ki, ECO-nun dənizə çıxışı olmayan ölkələrinin açıq dənizlərə və dünya bazarlarına daha ucuz, qısa və asan çıxışı olmalıdır: “Bu məsələdə İran və digər tranzit ölkələr mühüm rol oynayır. ECO ölkələri üçün liman və giriş-çıxış məntəqələrində yeni üstünlüklər və imtiyazlar nəzərdən keçirilə bilər. Liman və sərhəd məntəqələrində ECO-ya üzv ölkələrin logistika qovşaqları şəbəkəsi ən yüksək beynəlxalq standartlara uyğun olaraq qurulmalı və təchiz edilməlidir”.

Son xəbərlər
Digər xəbərlər