2022-ci ilin yanvar-oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3.7 milyard manata yaxın təşkil edib. Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.4 faiz və ya 573.6 milyon manat artıb.
Dövlət Xidmətinin məlumatına əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2.4 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19.7% çoxdur.