Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin əhatə dairəsi genişlənir.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, əlilliyi olan şəxslərin müvafuq icra hakimiyyəti orqanın (qurumun) rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlir də məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.