Azərbaycanda fəaliyyətdə olan ödəniş təşkilatı “CİBPAY” MMC-nin nizamnamə kapitalı artırılıb və bu artım tənzimləyicinin məcburi göstərişindən sonrakı dövrə təsadüf edir.
Banker.az xəbər verir ki, son məlumata əsasən, “CİBPAY” MMC nizamnamə kapitalını daha 127 min manat artıraraq 907 min manata çatdırıb. Bu, əvvəlki məbləğə nisbətən təxminən 16.3%-lik bir artımdır.
Şirkət 2022-ci ildə təsis edilib, təsisçisi və rəhbəri Söhrab Fərhadov Cəbrayıl oğludur. Şirkət keçən il Azərbaycan Mərkəzi Bankının ödəniş təşkilatları üçün müəyyən etdiyi minimal normativi qarşılamaq məqsədi ilə bir neçə dəfə kapital artımına getmişdi.
Keçən ilin sentyabrında Mərkəzi Bank tərəfindən “CİBPAY” MMC-yə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək üçün müddətsiz lisenziya verilib.
Bununla belə, lisenziya müddətində Mərkəzi Bank tərəfindən 2024-cü ilin dekabr ayında “CİBPAY” MMC-yə məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu ilə bağlı icrası məcburi olan göstəriş verilmişdi.