10 C
Baku
Wednesday, November 27, 2024

Məcburi köçkün məktəblərinin hansı formada idarə ediləcəyi müəyyənləşib

Əhalinin doğma torpaqlarına qayıdışı həyata keçirilənədək Şərqi Zəngəzur və Qarabağ regional təhsil idarələrinin əhatə etdiyi rayonlarda yerləşməyən məktəblərinin hansı formada idarə ediləcəyi açıqlanıb.

Bu barədə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində qeyd edilib.

Əmrə əsasən, Şərqi Zəngəzur və Qarabağ regional təhsil idarələrinin əhatə etdiyi rayonlarda yerləşməyən məcburi köçkün təhsil müəssisələrində təhsilin təşkili və cari idarəetmə məsələləri (maliyyələşmə istisna olmaqla) işğaldan azad edilmiş ərazilərin bərpası, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı həyata keçirilənədək həmin təhsil müəssisələrinin yerləşdiyi şəhər və ya rayonun aid olduğu regional təhsil idarələri tərəfindən tənzimlənəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər