2 C
Baku
Saturday, December 14, 2024

Məcburiyyətin təhsilə təsiri

Böyük Britaniyada “Summerhill” adlı məktəb mövcuddur. Bu məktəb sərbəst tədris imkanı verir. Yəni şagirdlər gələcəkləri dərsləri özü seçir, həmçinin ümumiyyətlə gəlməməyə qərar verə bilərlər.

Bu şərtlərdə heç kimin məktəbə gəlmədiyini və təhsilə maraq göstərmədiyini düşünürsünüz? Əgər cavabınız bəlidirsə, yanılırsınız. Məktəbəqədər  yaşda Summerhill-ə qəbul olan uşaqlar ilk gündən etibarən dərslərə mütəmadi olaraq gəlirlər. Bundan əvvəl, digər məktəblərdə təhsil almış uşaqlar bir daha heç bir dərsdə iştirak etməyəcəklərini bildirirlər. Lakin bir müddətdən sonra (orta hədlə bu müddət 3 aydır) bu şagirdlər də dərslərə maraq göstərməyə başlayır və fənlərdə iştirak etməyə gəlirlər. Şagirdlər demək olar ki, fənlərdən sözün əsl mənasında zövq alırlar. Demək olar ki, heç kəs oxumamaq imkanından istifadə etmir. Hətta ən kiçik şagirdlər maraq göstərdikləri mövzular üzrə qeydiyyatdan keçir və əlavə olaraq bu fənlərdən dərs alırlar. Şagirdlərin böyük əksəriyyəti musiqi alətlərində ifa etməyi bacarır.

Bəs nəyə görə digər məktəblərdə şagirdlər tədris prosesinə nifrət bəslədikləri bir halda Summerhill-də şagirdlər böyük məmnunluqla dərsə gəlir? Aydındır ki, məcburiyyət hissi marağı öldürür. Bəs hansı şəkildə? Hər şey assosiasiyadan asılıdır. Ən sevdiyiniz mahnını zəngli saatın mahnısı olaraq qoyduqda tezliklə bu mahnı ən nifrət etdiyiniz mahnıya çevriləcək. Belə ki, mahnı beyninizdə oyanan zaman yaşadığınız “əzablarla” birləşəcək və eyni mahiyyətə sahib olacaq. Təhsillə də eynisi baş verir. Məcburi təhsil daim güclü mənəvi işgəncələr, darıxdırıcılıq hissinə səbəb olur. Son nəticədə də, uzun əzablı təhsil illərindən sonra təhsil beyində əzablarla və darıxdırıcılıqla assosiasiya olunur. Prinsip olaraq bu bütün fənlərə aiddir. Hər hansı bir sahəyə qarşı məcburiyyət ona qarşı marağın kəskin şəkildə itməsinə səbəb olur.

Son xəbərlər
Digər xəbərlər