9 C
Baku
Thursday, December 12, 2024

Məcmu kapitalın məqsədi və ona dair tələblər

Son dövrlər Məcmu capital mövzusu səngiməkdə olsada, aktuallığını itirməyib. Banker.az məcmu kapitalın hansı məqsədlər üçün lazım olduğu və hazırda qanunvericilikdə ona qarşı olan tələblər haqqında qısa yazını oxucularına təqdim edir.

Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir.

Bankın məcmu kapitalının minimum miqdarı 10 (on) milyon manat, 2015-ci il 1 yanvar tarixindən isə 50 (əlli) milyon manat məbləğində olmalıdır.([4])

Məcmu kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.

 “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci və 21.3-cü maddələrinin tələblərinə müvafiq olaraq Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi olmadan heç bir bank səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz, habelə heç bir xarici bank nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.

Bankların nizamnamə kapitalı (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsait) “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsinə uyğun olaraq yalnız Azərbaycan Respublikasının milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılır.

Yeni yaradılan banklar üçün nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır.

Son xəbərlər
Digər xəbərlər