Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Banker.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, buna qədər “PASHA Holding” MMC-nin kənd təsərrüfatı sahəsində fəaliyət göstərən şirkətlərinin rəhbəri vəzifəsində idi.
M.Məmmədov “Agro Food İnvestment” MMC-nin agrar sahədə mühüm layihələrinə rəhbərlik edib. Burada, badam və zeytun bağları salan “Grand Agro” MMC və ölkədə tingçilik sahəsində innovativ layihə “Grand Agro Invitro” MMC kimi layihələri göstərmək olar.