9 C
Baku
Thursday, December 12, 2024

Mədən Geoloqu / Çovdar Filiz Emalı Sahəsi (Daşkəsən) – AzerGold

Çovdar Filiz Emalı Sahəsi / Mədən Geoloqu

İş yeri: Daşkəsən

Əsas vəzifə və öhdəliklər:

• Məxsusi geoloji kəşfiyyat işlərinin, geofiziki işlərin həyata keçirilməsi zamanı, həmçinin mədən, partlayış, daşınma işlərində peşəkar səviyyədə iştirak etmək;
• Bloklar üzrə ehtiyatların ən azı 2 variantda manual və proqramlarla (Gemcom və ya Surpac proqramlarında) hesablanması və filiz poliqonlarının yaradılması;
• Mədən rəhbərinin tapşırığına əsasən İstehsal planının və istismar prosesinin hazırlanmasında iştrak etmək;
• Mədəndə filizli poliqonların partladılmasına, tullantının filizə qarışmamasına dair nəzarət mexanizmləri ilə işləmək bacarığı;
• Dağ-mədən işləri üzrə filizin gündəlik ortalama tərkib hesabatını təqdim etmək;
• Geoloji xəritə hazırlanmasında iştirak etmək;
• Gündəlik, həftəlik və aylıq hesabatların mədən işləri üzrə baş geoloqa təqdim olunması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Çöl şəraitində işləmə qabiliyyəti;
• GemCom, Surpac, Autocad, Microsoft Office kompyuter bilikləri yüksək səviyyədə olmalı;
• Sorğulara və sifarişlərə əsasən, həmçinin müqavilələrlə işləmə qabiliyyəti;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və yüksək riyazi biliklər, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Geologiya, Dağ-mədən yönümlü ixtisaslar üzrə ali təhsil;
• Məxsusi geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsində (sınaqlaşdırma və dağ qazmalarında iş bacarığı) və mədən işlərində ən azı 5 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mədən Geoloqu” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər